Videolar

ADU-nun Jurnalistika fakültəsinin tələbələrinə “Sosial media ” mövzusunda təlim keçirilib. Gənc bloqçu Fərid Hacıyevin keçdiyi təlimdə jurnalistika fakültəsinin tələbələrini maraqlandıran mövzular muzakirə edilib və onların sualları cavablandırılıb. Təlimdə mövzu ilə əlaqəli viodeo-slayd da nümayiş olunub. İnteraktiv şəkildə keçirilən təlimdə peşəkar jurnalistikada prinsiplər, sosial media ilə işləmək qaydaları, informasiya hazırlanması zamanı mənbə axtarışı və vətəndaş jurnalistikasından bəhs edilib.

ADU Jurnalistika klubu Jurnalistika fakültəsinin tələbələrinə növbəti təlimini keçdi. Bu dəfəki təlimdə mövzu “KİV-də peşəkarlıq”, təlimçi isə siyasətçi Əli Hacızadə oldu. Son zamanlarda müsahiblərin sözlərinin təhrif edilməsi, mediada elə təhrif edilmiş formada getməsi bu həftəki təlimin müzakirə mövzusunun peşəkarlıqla bağlı etdi. Təlimdə jurnalistika fakültəsinin tələbələrini maraqlandıran mövzular muzakirə edildi və onların sualları cavablandırıldı. Təlimdə mövzu ilə əlaqəli videoslayd da nümayiş olundu. İnteraktiv şəkildə keçirilən təlimdə peşəkar jurnalistikada prinsiplər, sosial media ilə işləmək qaydaları, informasiya hazırlanması zamanı mənbə axtarışından danışıldı.


ADU-da hər şənbə günləri keçirilən Jurnalistika klubu növbəti təlimə fotoqraf Orxan Əzimi dəvət etdi. O, tələbələrə "Fotoqrafiya, fotojurnalistika və fotonun mediada rolu" haqqında danışdı.



Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Jurnalistika Klubu növbəti təlimini keçirdi.
İctimai Televiziyada yayımlanan "Qanundan kənar" verilişinin aparıcısı, tanınmış jurnalist Pərviz Əbubəkirov "Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması" mövzusunda tələbələrə təlim keçdi.
Araşdırma jurnalistikasının incəliklərinə və onun prinsiplərinə toxunan Pərviz Əbubəkirov, bu sahənin çətinliyindən və araşdırma jurnalistikası ilə daha təcrübəli jurnalistlərin məşğul olmasının vacibliyindən danışdı.

Təmiz Şəhər" ASC-nin mətbuat katibi, PR mütəxəssisi Vüqar Baba ADU tələbələrinə "PR- İctimaiyyətlə Əlaqələr" mövzusunda təlim keçdi.



ADU-da TGT-nin ADU Jurnalistika klubu Jurnalistika fakultəsinin tələbələrinə növbəti təlimini keçdi. Bu dəfəki təlimdə tanınmış yazıçı jurnalist Orxan Fikrətoğlu ilə görüşü keçirildi. O, tələbələri maraqlandıran suallarını cavablandırdı və təcrübi biliklərini onlarla bölüşdü.