Təlim #17 - Sosial Media Marketinqi

Tarix: 14 may 2016-cı il
Mövzu: Sosial Media Marketinqi 
Təlimçi: Orxan Rzayev
Təlimçi haqda: Orxan Rzayev "Mediamark" şirkәtinin hәmtәsisçisi, sosial media marketinqi üzrә mütәxәssisdir. O , 50-dәn çox şirkәtә sosial media marketinqi üzrә konsultasiya keçib. Həmçinin, Orxan Rzayev "Manads", "MobChannel", "Keepface", "boxx" kimi startup-ların da hәmtәsisçisidir. O, İsveçrә, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn startup treyninqlәrinin vә tәdbirlәrin iştirakçısıdır. Onun Orkhanrza.com adlı bloqu fәaliyyәt göstәrir.

Təlim #16 - Rəqəmsal marketinq

Tarix: 7 may 2016-cı il
Mövzu: Rəqəmsal marketinq
Təlimçi: Fərhad Ələkbərov

Təlimçi haqda: Fərhad Ələkbərov Rəqəmsal Marketinq sahəsi üzrə bir neçə innovativ layihələr meydana gətirib. Ölkənin ən böyük şəkil bazasına malik olan ‪#‎aztagram‬ layihəsinin ideya müəllifi və yaradıcılarındandır. Həmçinin, o, "İnfocity" jurnalı, "Huawei Azerbaijan", BEAT Group, Cool Agency, kimi şirkətlərdə çalışıb. 

Elçin Şıxlı ilə görüş

Tarix: 23 aprel 2016-cı il
Qonaq: Elçin Şıxlı

Qonaq haqda: "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. 

1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Təlim #14 - Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması

Tarix: 16 aprel 2016-cı il
Mövzu: Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda: Pərviz Əbubəkirov ANS Tv-də "Cinayət işi" verlişinin aparıcısı kimi fəaliyyət göstərib. Hal-hazırda İctimai Tv-də "Qanundan kənar" verilişinin aparıcısıdır.

Təlim #13 - Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti

Tarix: 9 aprel 2016-cı il
Mövzu: 
Dünyadakı tendensiyalarla müqayisədə Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda:  2001-ci ildə Lider radiosunda aparıcı kimi fəaliyyətə başlayıb.2004-cü ilin bələdiyyə seçkilərində namizəd kimi iştirak edib və bələdiyyə üzvü seçilib.
2005-ci ilin əvvəlindən radio fəaliyyətini ANS ÇM radiosunda davam etdirib, radionunun efirində ictimai-siyasi tok-şoular və intellektual müsabiqələr aparıb və həmin radiostansiyasının Baş prodüseri vəzifəsinədək yüksəlib. Eyni zamanda ANS TV-də efirə gedən bir neçə siyasi tok-şounun, debatların aparıcısı olub.
2007-ci ildən etibarən Azərbaycanın Şimal regionunda fəaliyyət göstərən RTV-də sosial-ictimai tok-şounun müəllifi və aparıcısıdır.
2009-cu ildən 2012-ci ilin oktyabrına kimi Media FM radiostansiyasının baş redaktoru və aparıcısı olub, sonra 106.3 "Azad Azərbaycan" radiosunun icraçı direktor vəzifəsində çalışıb, 2 il əvvəl həmin vəzifəni tərk edərək başqa ölkəyə köçüb.

Təlim #12 - Səyahət Jurnalistikası

Tarix: 2 aprel 2016-cı il
Mövzu: Səyahət Jurnalistikası (Travel Journalism)
Qonaq: Azər Qəribov

 Qonaq haqda: Azər Qəribov, jurnalist , blogger, səyahətçidir. Fəaliyyəti çərçivəsində o, 83 ölkəni səyahət edib. Azər Qəribov Azərbaycanın bir çox tanınmış telekanallarında fəalliyət göstərib. "ANS" televiziyasında "Qərib Azər", "Lider Tv"-də "Oralar" proqramı ilə tamaşaçılarının qarşısına çıxıb. Bir müddət sonra həmin verilişin yayımdan çıxan təkrar bölümləri "Mədəniyyət" telekanalında yayımlanmağa başlayıb.

Təlim #11 - Fotoqrafiya, Fotojurnalistika və Fotonun mediada rolu

Tarix: 12 mart 2016-cı il
Mövzu:  Fotoqrafiya, Fotojurnalistika və Fotonun mediada rolu
Təlimçi: Orxan Əzim

Təlimçi haqda: Orxan Əzim-1986 cı ildə Bakı şəhərində doğulub . 1993 -2004 cü illərdə Bakı şəhəri 95 saylı orta məktəbdə təhsil alıb. 2004 - 2008 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin rejissorluq fakültəsinin televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Televiziyasında rejissor assistenti və rejissor kimi çalışmışdır . 2012- 2014 illərdə "ANN.Az" xəbər portalında və "Kitabçı" jurnalında fotorepartyor və "freelance" fotoqraf kimi çalışmışdır. Ötən il fransız fotoqraflarla birlikdə fotolayihə işləmiş və 2014-cü ildə BƏƏ-də və Sinqapurda layihə çərçivəsində çəkilmiş fotoların sərgisi təşkil olunmuş və sərgidə Orxan Əzimin də fotoları nümayiş etdirilmişdir. 2014-cü ildə "Oda" teatrında Köç adlı ilk fərdi foto sərgisi təşkil olunmuşdur. 

Fotoqraf 2015-ci ildən "Report" İnformasiya Agentliyində fotoredaktor olaraq çalışmaqdadır.

Təlim #10 - PR - İctimaiyyətlə Əlaqələr

Tarix: 5 mart 2016-cı il
Mövzu: 
PR nədir, nə üçündür? 
Təlimçi:
Vüqar Baba

Təlimçi haqda: Vüqar Baba , Atlas” Tibb Mərkəzi, “Mətanət A” və “Çudo Peçka” şirkətlərində PR menecer, ANS Media Holdinqin marketinq direktoru vəzifələrində çalışıb.
Bundan əlavə, media üzrə də fəaliyyəti olan Vüqar Baba “GÜN səhər” qəzetində, “Lent.az” İnformasiya Agentliyində müxbir, “Radio Antenn”də xəbər aparıcısı, “Xəzər” TV-in Gürcüstan bürosunun direktoru vəzifəsini daşıyıb. BBC-in Dünya və Azərbaycan dili servisləri ilə əməkdaşlıq edib.
Hal-hazırda "Təmiz Şəhər" ASC-nin Mətbuat katibi vəzifəsində çalışır.

Təlim #9 - Münaqişələr və Jurnalistika

Tarix: 27 fevral 2016-cı il
Mövzu: Münaqişələr və Jurnalistika
Təlimçi: Seymur Kazımov

Təlimçi haqda: Seymur Kazımov, Bakı Dövlət Universitetinin Jurnalitika fakültəsini bitirib, tələbəlik illərindən bir çox qəzetlə əməkdaşlıq edib. 
İctimai TV-də Elm və Təhsil departamentində çalışıb. 
2007-2009-cu illərdə Gürcüstan İctimai İşlər İnstitutunun Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr təhsili alıb. 
ABŞ-ın Ohayo Universitetində jurnalistika tədrisi üzrə təcrübə keçib. 
Azərbaycan Media Mərkəzində layihələr üzrə əlaqələndirici, Oksfam Beynəlxalq Humanitar Təşkilatında mətbuat, kommunikasiya və kampaniyalar üzrə məsul əməkdaş vəzifələrində çalışıb. 
"Mediada münaqişələrin işıqlandırılması" üzrə ixtisaslaşıb. 
Yerli və beynəlxalq münaqişə zonalarında iş təcrübəsinə malikdir. 
Avropa və ABŞ-da münaqişələrlə bağlı tədbirlərə ekspert qismində cəlb olunub. 
Hazırda təlimçi, müstəqil jurnalist və ekspert kimi fəaliyyətini davam etdirir.

ADU Jurnalistika Klubunun II jurnalistika təlimləri Orxan Fikrətoğlunun iştirakı ilə başladı

2015-ci ilin 7 noyabrında ilk təliminə başlayan ADU TGT-nin nəzdindəki Jurnalistika Klubu ikinci jurnalistika təlimlərinə Orxan Fikrətoğlunun iştirakı ilə start verdi.

Tədbirdə Orxan Fikrətoğlu ADU tələbələri ilə təcrübələrini bölüşərək, müasir dövrün jurnalistikasındakı problemlərdən və həlli yollarından danışdı.

ADU Jurnalistika Klubunun I Jurnalistika Təlimləri sona çatdı

Noyabr ayının 7-də ilk təliminə başlayan Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının nəzdindəki Jurnalistika Klubu son təlimini dekabrın 26-da həyata keçirdi.
Təlimin sonunda təlimlərdə aktiv iştirak edən iştirakçılara sertifikatlar təqdim olundu.
Sertifikatları klubun 7-ci təlimçisi və PreMark Pr & Media Consulting şirkətinin direktoru Azər Nəzərov təqdim etdi.

Təlim #7 - İnformasiya və xəbər biznesi

Tarix: 26 dekabr 2015-ci il
Mövzu: İnformasiya və xəbər biznesi
Təlimçi: Azər Nəzərov

Təlimçi haqda: Media məsləhətçisi Azər Nəzərov PreMark Pr & Media Consulting şirkətinin direktorudur. Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Media idarəçiliyi və jurnalistika ixtisası üzrə magistr təhsili alıb.
O, hal-hazırda Fulright/Hunphery programının 2015-2016 illər üzrə təqaüd proqramı ilə Meryland Universitetinin Media və Kommunikasiya fakültəsi üzrə təhsil alır.

Təlim #6 - Müharibə fotoqrafiyası, fotojurnalistika, multimedia qaydaları

Tarix: 19 dekabr 2015-ci il
Mövzu: Müharibə fotoqrafiyası, fotojurnalistika, multimedia qaydaları
Təlimçi: Orxan Əzim

Təlimçi haqda: Orxan Əzim-1986 cı ildə Bakı şəhərində doğulub . 1993 -2004 cü illərdə Bakı şəhəri 95 saylı orta məktəbdə təhsil alıb. 2004 - 2008 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin rejissorluq fakültəsinin televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Televiziyasında rejissor assistenti və rejissor kimi çalışmışdır . 2012- 2014 illərdə "ANN.Az" xəbər portalında və "Kitabçı" jurnalında fotorepartyor və "freelance" fotoqraf kimi çalışmışdır. Ötən il fransız fotoqraflarla birlikdə fotolayihə işləmiş və 2014-cü ildə BƏƏ-də və Sinqapurda layihə çərçivəsində çəkilmiş fotoların sərgisi təşkil olunmuş və sərgidə Orxan Əzimin də fotoları nümayiş etdirilmişdir. 2014-cü ildə "Oda" teatrında Köç adlı ilk fərdi foto sərgisi təşkil olunmuşdur. 

Fotoqraf 2015-ci ildən "Report" İnformasiya Agentliyində fotoredaktor olaraq çalışmaqdadır.
O, mayın 19-da Bakının Azadlıq prospektində yerləşən 9 mərtəbli binada baş verən yanğın zamanı polisin xidmətini əks etdirən fotoya və bunu xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı layiq görülüb.

Təlim #5 - Mediada peşəkarlıq

Tarix: 12 dekabr 2015-ci il
Mövzu: Mediada peşəkarlıq
Təlimçi
: Əli Hacızadə
Təlimçi Haqda: Əli Hacızadə "The Great Middle East" layihəsinin yaradıcısı və rəhbəri, Rusiyanın REX informasiya agentliyinin ekspertlər şurasının üzvü,"Rusiyanın səsi" radiosunun eksperti, www.gulustan.info analitik-informasiya saytının, www.xocali.org (Nail Vəliyevlə birlikdə), digər internet layihələrinin yaradıcısı və sahibidir. O, PR və "İnformasiya müharibəsi" mövzusunda treninq və seminarlarda, müxtəlif verilişlərdə çıxış edir.
Həmçinin, Əli Hacızadə "1915 — Osmanlı Dosyesi" (rus. «1915 - Османское досье») tədqiqat əsərinin müəllifidir.

Təlim #4 - Xəbərçilik, xəbər hazırlamaq qaydaları, müsahibə texnikası

Tarix: 28 noyabr 2015-ci il
Mövzu: Xəbərçilik, xəbər hazırlamaq qaydaları, müsahibə texnikası, müsahibəyə necə hazırlaşmaq , nələrə diqqət etmək və necə müsahibə almaq.
Təlimçi: Vüqar Baba

Təlimçi haqda: Vüqar Baba "Atlas” Tibb Mərkəzi, “Mətanət A” və “Çudo Peçka” şirkətlərində PR menecer, "ANS" Media Holdinqin marketinq direktoru vəzifələrində çalışıb.
Bundan əlavə, media üzrə də fəaliyyəti olan Vüqar Baba “GÜN səhər” qəzetində, “Lent.az” İnformasiya Agentliyində müxbir, “Radio Antenn”də xəbər aparıcısı, “Xəzər” TV-in Gürcüstan bürosunun direktoru kimi çalışıb. "BBC"-in dünya və Azərbaycan dili servisləri ilə əməkdaşlıq edib.
Hal-hazırda "Təmiz Şəhər"ASC-in Mətbuat katibi vəzifəsində çalışır.

Təlim #3 - Cinayət hadisələri Tv-də necə işıqlandırılmalıdır?

Tarix: 21 noyabr 2015-ci il
Mövzu: Cinayət hadisələri Tv-də necə işıqlandırılmalıdır?
Təlimçi: Pərviz Hüseynov

Təlimçi haqda: Bakı Avrasiya Universitetinin Beynəlxalq jurnalistika fakültəsini bitirib. 2009-2010-cu illərdə "Komanda" qəzetində müxbir kimi çalışıb. 2012-2013-cu illərdə "Lider" televiziyasının xəbərlər redaksiyasında müxbir kimi fəaliyyət göstərib. 2013-cü ildən isə "Space" televiziyasında kriminal jurnalist olaraq çalışır.

Təlim #2 - Sosial Media jurnalistə niyə lazımdır?

Tarix: 14 noyabr 2015-ci il
Mövzu: Sosial Media jurnalistə niyə lazımdır? Sosial media ənənəvi jurnalistikada nəyi dəyişdi? Jurnalistin sosial media hesabı necə olmalıdır? Jurnalist sosial mediadan hansı faydaları əldə edə bilər?
Təlimçi: Fərid Hacıyev

Təlimçi haqda: Azərbaycanda həyata keçirilən bir çox uğurlu media layihələrinin təşkilatçılarından biri olmaqla yanaşı, sosial media, bloqçuluq sahələrində uzun müddətdir təlimçi olaraq fəaliyyət göstərir.

Hazırda "PreMark PR & Media Services"-də Korporativ Əlaqələr üzrə Menecer olaraq çalışır.

Təlim #1 - Jurnalist necə material hazırlamalıdır?

Tarix: 7 noyabr 2015-ci il
Mövzu: Jurnalist necə material hazırlamalı və sosial şəbəkələrdə necə istifadə etməlidir?
Təlimçi: Asim Cəlilov
Təlimçi haqda:  "Gənclərin Səsi Radiosu"-da jurnalist kimi fəaliyyət göstərib. 
Magistr təhsilini Gürcüstanın "GİPA" universitetində alıb. Latviya və Türkiyədə müxtəlif təlimlərdə iştirak edib. "TRT" və bir çox xarici media orqanları ilə əməkdaşlıq edib. 

Hazırda "Asan xidmət"-də ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis işləyir.