Təlim #9 - Münaqişələr və Jurnalistika

Tarix: 27 fevral 2016-cı il
Mövzu: Münaqişələr və Jurnalistika
Təlimçi: Seymur Kazımov

Təlimçi haqda: Seymur Kazımov, Bakı Dövlət Universitetinin Jurnalitika fakültəsini bitirib, tələbəlik illərindən bir çox qəzetlə əməkdaşlıq edib. 
İctimai TV-də Elm və Təhsil departamentində çalışıb. 
2007-2009-cu illərdə Gürcüstan İctimai İşlər İnstitutunun Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr təhsili alıb. 
ABŞ-ın Ohayo Universitetində jurnalistika tədrisi üzrə təcrübə keçib. 
Azərbaycan Media Mərkəzində layihələr üzrə əlaqələndirici, Oksfam Beynəlxalq Humanitar Təşkilatında mətbuat, kommunikasiya və kampaniyalar üzrə məsul əməkdaş vəzifələrində çalışıb. 
"Mediada münaqişələrin işıqlandırılması" üzrə ixtisaslaşıb. 
Yerli və beynəlxalq münaqişə zonalarında iş təcrübəsinə malikdir. 
Avropa və ABŞ-da münaqişələrlə bağlı tədbirlərə ekspert qismində cəlb olunub. 
Hazırda təlimçi, müstəqil jurnalist və ekspert kimi fəaliyyətini davam etdirir.

Bunu Paylaş

Bunlara da bax

Sonrakı
« Sonrakı
Əvvəlki
Əvvəlki »