Təlim #6 - Müharibə fotoqrafiyası, fotojurnalistika, multimedia qaydaları

Tarix: 19 dekabr 2015-ci il
Mövzu: Müharibə fotoqrafiyası, fotojurnalistika, multimedia qaydaları
Təlimçi: Orxan Əzim

Təlimçi haqda: Orxan Əzim-1986 cı ildə Bakı şəhərində doğulub . 1993 -2004 cü illərdə Bakı şəhəri 95 saylı orta məktəbdə təhsil alıb. 2004 - 2008 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin rejissorluq fakültəsinin televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Televiziyasında rejissor assistenti və rejissor kimi çalışmışdır . 2012- 2014 illərdə "ANN.Az" xəbər portalında və "Kitabçı" jurnalında fotorepartyor və "freelance" fotoqraf kimi çalışmışdır. Ötən il fransız fotoqraflarla birlikdə fotolayihə işləmiş və 2014-cü ildə BƏƏ-də və Sinqapurda layihə çərçivəsində çəkilmiş fotoların sərgisi təşkil olunmuş və sərgidə Orxan Əzimin də fotoları nümayiş etdirilmişdir. 2014-cü ildə "Oda" teatrında Köç adlı ilk fərdi foto sərgisi təşkil olunmuşdur. 

Fotoqraf 2015-ci ildən "Report" İnformasiya Agentliyində fotoredaktor olaraq çalışmaqdadır.
O, mayın 19-da Bakının Azadlıq prospektində yerləşən 9 mərtəbli binada baş verən yanğın zamanı polisin xidmətini əks etdirən fotoya və bunu xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı layiq görülüb.

Bunu Paylaş

Bunlara da bax

Sonrakı
« Sonrakı
Əvvəlki
Əvvəlki »