Təlim #17 - Sosial Media Marketinqi

Tarix: 14 may 2016-cı il
Mövzu: Sosial Media Marketinqi 
Təlimçi: Orxan Rzayev
Təlimçi haqda: Orxan Rzayev "Mediamark" şirkәtinin hәmtәsisçisi, sosial media marketinqi üzrә mütәxәssisdir. O , 50-dәn çox şirkәtә sosial media marketinqi üzrә konsultasiya keçib. Həmçinin, Orxan Rzayev "Manads", "MobChannel", "Keepface", "boxx" kimi startup-ların da hәmtәsisçisidir. O, İsveçrә, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn startup treyninqlәrinin vә tәdbirlәrin iştirakçısıdır. Onun Orkhanrza.com adlı bloqu fәaliyyәt göstәrir.

Təlim #16 - Rəqəmsal marketinq

Tarix: 7 may 2016-cı il
Mövzu: Rəqəmsal marketinq
Təlimçi: Fərhad Ələkbərov

Təlimçi haqda: Fərhad Ələkbərov Rəqəmsal Marketinq sahəsi üzrə bir neçə innovativ layihələr meydana gətirib. Ölkənin ən böyük şəkil bazasına malik olan ‪#‎aztagram‬ layihəsinin ideya müəllifi və yaradıcılarındandır. Həmçinin, o, "İnfocity" jurnalı, "Huawei Azerbaijan", BEAT Group, Cool Agency, kimi şirkətlərdə çalışıb. 

Elçin Şıxlı ilə görüş

Tarix: 23 aprel 2016-cı il
Qonaq: Elçin Şıxlı

Qonaq haqda: "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. 

1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Təlim #14 - Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması

Tarix: 16 aprel 2016-cı il
Mövzu: Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda: Pərviz Əbubəkirov ANS Tv-də "Cinayət işi" verlişinin aparıcısı kimi fəaliyyət göstərib. Hal-hazırda İctimai Tv-də "Qanundan kənar" verilişinin aparıcısıdır.

Təlim #13 - Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti

Tarix: 9 aprel 2016-cı il
Mövzu: 
Dünyadakı tendensiyalarla müqayisədə Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda:  2001-ci ildə Lider radiosunda aparıcı kimi fəaliyyətə başlayıb.2004-cü ilin bələdiyyə seçkilərində namizəd kimi iştirak edib və bələdiyyə üzvü seçilib.
2005-ci ilin əvvəlindən radio fəaliyyətini ANS ÇM radiosunda davam etdirib, radionunun efirində ictimai-siyasi tok-şoular və intellektual müsabiqələr aparıb və həmin radiostansiyasının Baş prodüseri vəzifəsinədək yüksəlib. Eyni zamanda ANS TV-də efirə gedən bir neçə siyasi tok-şounun, debatların aparıcısı olub.
2007-ci ildən etibarən Azərbaycanın Şimal regionunda fəaliyyət göstərən RTV-də sosial-ictimai tok-şounun müəllifi və aparıcısıdır.
2009-cu ildən 2012-ci ilin oktyabrına kimi Media FM radiostansiyasının baş redaktoru və aparıcısı olub, sonra 106.3 "Azad Azərbaycan" radiosunun icraçı direktor vəzifəsində çalışıb, 2 il əvvəl həmin vəzifəni tərk edərək başqa ölkəyə köçüb.

Təlim #12 - Səyahət Jurnalistikası

Tarix: 2 aprel 2016-cı il
Mövzu: Səyahət Jurnalistikası (Travel Journalism)
Qonaq: Azər Qəribov

 Qonaq haqda: Azər Qəribov, jurnalist , blogger, səyahətçidir. Fəaliyyəti çərçivəsində o, 83 ölkəni səyahət edib. Azər Qəribov Azərbaycanın bir çox tanınmış telekanallarında fəalliyət göstərib. "ANS" televiziyasında "Qərib Azər", "Lider Tv"-də "Oralar" proqramı ilə tamaşaçılarının qarşısına çıxıb. Bir müddət sonra həmin verilişin yayımdan çıxan təkrar bölümləri "Mədəniyyət" telekanalında yayımlanmağa başlayıb.

Təlim #11 - Fotoqrafiya, Fotojurnalistika və Fotonun mediada rolu

Tarix: 12 mart 2016-cı il
Mövzu:  Fotoqrafiya, Fotojurnalistika və Fotonun mediada rolu
Təlimçi: Orxan Əzim

Təlimçi haqda: Orxan Əzim-1986 cı ildə Bakı şəhərində doğulub . 1993 -2004 cü illərdə Bakı şəhəri 95 saylı orta məktəbdə təhsil alıb. 2004 - 2008 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin rejissorluq fakültəsinin televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Televiziyasında rejissor assistenti və rejissor kimi çalışmışdır . 2012- 2014 illərdə "ANN.Az" xəbər portalında və "Kitabçı" jurnalında fotorepartyor və "freelance" fotoqraf kimi çalışmışdır. Ötən il fransız fotoqraflarla birlikdə fotolayihə işləmiş və 2014-cü ildə BƏƏ-də və Sinqapurda layihə çərçivəsində çəkilmiş fotoların sərgisi təşkil olunmuş və sərgidə Orxan Əzimin də fotoları nümayiş etdirilmişdir. 2014-cü ildə "Oda" teatrında Köç adlı ilk fərdi foto sərgisi təşkil olunmuşdur. 

Fotoqraf 2015-ci ildən "Report" İnformasiya Agentliyində fotoredaktor olaraq çalışmaqdadır.

Təlim #10 - PR - İctimaiyyətlə Əlaqələr

Tarix: 5 mart 2016-cı il
Mövzu: 
PR nədir, nə üçündür? 
Təlimçi:
Vüqar Baba

Təlimçi haqda: Vüqar Baba , Atlas” Tibb Mərkəzi, “Mətanət A” və “Çudo Peçka” şirkətlərində PR menecer, ANS Media Holdinqin marketinq direktoru vəzifələrində çalışıb.
Bundan əlavə, media üzrə də fəaliyyəti olan Vüqar Baba “GÜN səhər” qəzetində, “Lent.az” İnformasiya Agentliyində müxbir, “Radio Antenn”də xəbər aparıcısı, “Xəzər” TV-in Gürcüstan bürosunun direktoru vəzifəsini daşıyıb. BBC-in Dünya və Azərbaycan dili servisləri ilə əməkdaşlıq edib.
Hal-hazırda "Təmiz Şəhər" ASC-nin Mətbuat katibi vəzifəsində çalışır.

Təlim #9 - Münaqişələr və Jurnalistika

Tarix: 27 fevral 2016-cı il
Mövzu: Münaqişələr və Jurnalistika
Təlimçi: Seymur Kazımov

Təlimçi haqda: Seymur Kazımov, Bakı Dövlət Universitetinin Jurnalitika fakültəsini bitirib, tələbəlik illərindən bir çox qəzetlə əməkdaşlıq edib. 
İctimai TV-də Elm və Təhsil departamentində çalışıb. 
2007-2009-cu illərdə Gürcüstan İctimai İşlər İnstitutunun Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr təhsili alıb. 
ABŞ-ın Ohayo Universitetində jurnalistika tədrisi üzrə təcrübə keçib. 
Azərbaycan Media Mərkəzində layihələr üzrə əlaqələndirici, Oksfam Beynəlxalq Humanitar Təşkilatında mətbuat, kommunikasiya və kampaniyalar üzrə məsul əməkdaş vəzifələrində çalışıb. 
"Mediada münaqişələrin işıqlandırılması" üzrə ixtisaslaşıb. 
Yerli və beynəlxalq münaqişə zonalarında iş təcrübəsinə malikdir. 
Avropa və ABŞ-da münaqişələrlə bağlı tədbirlərə ekspert qismində cəlb olunub. 
Hazırda təlimçi, müstəqil jurnalist və ekspert kimi fəaliyyətini davam etdirir.

ADU Jurnalistika Klubunun II jurnalistika təlimləri Orxan Fikrətoğlunun iştirakı ilə başladı

2015-ci ilin 7 noyabrında ilk təliminə başlayan ADU TGT-nin nəzdindəki Jurnalistika Klubu ikinci jurnalistika təlimlərinə Orxan Fikrətoğlunun iştirakı ilə start verdi.

Tədbirdə Orxan Fikrətoğlu ADU tələbələri ilə təcrübələrini bölüşərək, müasir dövrün jurnalistikasındakı problemlərdən və həlli yollarından danışdı.