Mövzu: Fotoqrafiya, Fotojurnalistika və Fotonun mediada rolu
Təlimçi: Orxan Əzim
Təlimçi haqda: Orxan Əzim-1986 cı ildə Bakı şəhərində doğulub . 1993 -2004 cü illərdə Bakı şəhəri 95 saylı orta məktəbdə təhsil alıb. 2004 - 2008 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin rejissorluq fakültəsinin televiziya rejissorluğu ixtisası üzrə təhsil alıb. 2007-2011-ci illərdə Azərbaycan Televiziyasında rejissor assistenti və rejissor kimi çalışmışdır . 2012- 2014 illərdə "ANN.Az" xəbər portalında və "Kitabçı" jurnalında fotorepartyor və "freelance" fotoqraf kimi çalışmışdır. Ötən il fransız fotoqraflarla birlikdə fotolayihə işləmiş və 2014-cü ildə BƏƏ-də və Sinqapurda layihə çərçivəsində çəkilmiş fotoların sərgisi təşkil olunmuş və sərgidə Orxan Əzimin də fotoları nümayiş etdirilmişdir. 2014-cü ildə "Oda" teatrında Köç adlı ilk fərdi foto sərgisi təşkil olunmuşdur.
Fotoqraf 2015-ci ildən "Report" İnformasiya Agentliyində fotoredaktor olaraq çalışmaqdadır.
