Mövzu: Səyahət Jurnalistikası (Travel Journalism)
Qonaq: Azər Qəribov
Qonaq haqda: Azər Qəribov, jurnalist , blogger, səyahətçidir. Fəaliyyəti çərçivəsində o, 83 ölkəni səyahət edib. Azər Qəribov Azərbaycanın bir çox tanınmış telekanallarında fəalliyət göstərib. "ANS" televiziyasında "Qərib Azər", "Lider Tv"-də "Oralar" proqramı ilə tamaşaçılarının qarşısına çıxıb. Bir müddət sonra həmin verilişin yayımdan çıxan təkrar bölümləri "Mədəniyyət" telekanalında yayımlanmağa başlayıb.
