Təlim #17 - Sosial Media Marketinqi

Tarix: 14 may 2016-cı il
Mövzu: Sosial Media Marketinqi 
Təlimçi: Orxan Rzayev
Təlimçi haqda: Orxan Rzayev "Mediamark" şirkәtinin hәmtәsisçisi, sosial media marketinqi üzrә mütәxәssisdir. O , 50-dәn çox şirkәtә sosial media marketinqi üzrә konsultasiya keçib. Həmçinin, Orxan Rzayev "Manads", "MobChannel", "Keepface", "boxx" kimi startup-ların da hәmtәsisçisidir. O, İsveçrә, Almaniya, Fransa, Hollandiya vә Türkiyәdә keçirilәn startup treyninqlәrinin vә tәdbirlәrin iştirakçısıdır. Onun Orkhanrza.com adlı bloqu fәaliyyәt göstәrir.

Təlim #16 - Rəqəmsal marketinq

Tarix: 7 may 2016-cı il
Mövzu: Rəqəmsal marketinq
Təlimçi: Fərhad Ələkbərov

Təlimçi haqda: Fərhad Ələkbərov Rəqəmsal Marketinq sahəsi üzrə bir neçə innovativ layihələr meydana gətirib. Ölkənin ən böyük şəkil bazasına malik olan ‪#‎aztagram‬ layihəsinin ideya müəllifi və yaradıcılarındandır. Həmçinin, o, "İnfocity" jurnalı, "Huawei Azerbaijan", BEAT Group, Cool Agency, kimi şirkətlərdə çalışıb. 

Elçin Şıxlı ilə görüş

Tarix: 23 aprel 2016-cı il
Qonaq: Elçin Şıxlı

Qonaq haqda: "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. 

1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Təlim #14 - Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması

Tarix: 16 aprel 2016-cı il
Mövzu: Araşdırma jurnalistikası və məişət zorakılıqlarının mediada işıqlandırılması
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda: Pərviz Əbubəkirov ANS Tv-də "Cinayət işi" verlişinin aparıcısı kimi fəaliyyət göstərib. Hal-hazırda İctimai Tv-də "Qanundan kənar" verilişinin aparıcısıdır.

Təlim #13 - Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti

Tarix: 9 aprel 2016-cı il
Mövzu: 
Dünyadakı tendensiyalarla müqayisədə Azərbaycan radiostansiyalarının mövcud vəziyyəti
Təlimçi: Teymur Əliyev
Təlimçi haqda:  2001-ci ildə Lider radiosunda aparıcı kimi fəaliyyətə başlayıb.2004-cü ilin bələdiyyə seçkilərində namizəd kimi iştirak edib və bələdiyyə üzvü seçilib.
2005-ci ilin əvvəlindən radio fəaliyyətini ANS ÇM radiosunda davam etdirib, radionunun efirində ictimai-siyasi tok-şoular və intellektual müsabiqələr aparıb və həmin radiostansiyasının Baş prodüseri vəzifəsinədək yüksəlib. Eyni zamanda ANS TV-də efirə gedən bir neçə siyasi tok-şounun, debatların aparıcısı olub.
2007-ci ildən etibarən Azərbaycanın Şimal regionunda fəaliyyət göstərən RTV-də sosial-ictimai tok-şounun müəllifi və aparıcısıdır.
2009-cu ildən 2012-ci ilin oktyabrına kimi Media FM radiostansiyasının baş redaktoru və aparıcısı olub, sonra 106.3 "Azad Azərbaycan" radiosunun icraçı direktor vəzifəsində çalışıb, 2 il əvvəl həmin vəzifəni tərk edərək başqa ölkəyə köçüb.

Təlim #12 - Səyahət Jurnalistikası

Tarix: 2 aprel 2016-cı il
Mövzu: Səyahət Jurnalistikası (Travel Journalism)
Qonaq: Azər Qəribov

 Qonaq haqda: Azər Qəribov, jurnalist , blogger, səyahətçidir. Fəaliyyəti çərçivəsində o, 83 ölkəni səyahət edib. Azər Qəribov Azərbaycanın bir çox tanınmış telekanallarında fəalliyət göstərib. "ANS" televiziyasında "Qərib Azər", "Lider Tv"-də "Oralar" proqramı ilə tamaşaçılarının qarşısına çıxıb. Bir müddət sonra həmin verilişin yayımdan çıxan təkrar bölümləri "Mədəniyyət" telekanalında yayımlanmağa başlayıb.